RU

Qadın hamilə olduğunu doğuş başlayanda öyrəndi - Rusiyada inanılmaz hadisə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Barnaul şəhərində inanılmaz hadisə baş verib. Belə ki, yerli sakin özünü pis hiss etməsi ilə bağlı şikayətlərlə regional klinik təcili yardım xəstəxanasına müraciət edib. Müayinə zamanı isə həkim ona hamilə olduğunu və tezliklə ana olacağını bildirəndə qadın şoka düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Altay Diyarı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, qadına təcili qeysəriyyə əməliyyatı lazım olub.
"Altay diyarı klinik perinatal mərkəzindən cərrah və uşaq üçün neonatoloqlar briqadası çağırılıb", - deyə qurumdan jurnalistlərlə söhbətdə bildirilib.
Doğuşdan sonra həm ana, həm də uşaq perinatal mərkəzə köçürülüb.
Həkimlərin sözlərinə görə, həm ana, həm də yenidoğulmuş özlərini qənaətbəxş hiss edirlər.
Избранный
40
2
oxu.az

3Источники