RU

Pike məhkəməyə gətirildi: Bu sözləri deyib ağladı

“Barselona”nın sabiq müdafiəçisi Xerard Pike İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili ilə bağlı korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı məhkəmədə ifadə verib.

Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat verib.

Mənbənin sözlərinə görə, keçmiş futbolçu məhkəməyə 8 hüquq-mühafizə orqanı əməkdaşının müşayiəti ilə gəlib. Pikeni binasının girişində 50-yə yaxın jurnalist gözləyib. İspaniya millisinin sabiq müdafiəçisinin dindirilməsi iki saatdan çox davam edib.

Məhkəmənin sonunda Pike çıxış etmək istəyib. Çıxışı zamanı səsi titrəyərək emosiyalarını saxlaya bilməyən eks-futbolçu belə məhkəmənin onun reputasiyasına böyük zərbə vuracağını qeyd edib.

Избранный
29
2
publika.az

3Источники