RU

"Azərbaycan bizim üçün Qafqazda ən güclü və etibarlı tərəfdaşdır "

Azərbaycan bizim üçün Qafqaz regionunda ən güclü və etibarlı tərəfdaşdır və belə də olmalıdır.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Latviyanın sabiq müdafiə naziri Artis Pabriks deyib.

O, forumdan gözləntilərini bölüşərək bunları qeyd edib:

"Mənim gözləntilərim və bu forumun yaxşı tərəfi ondan ibarətdir ki, burada yeni ideyalar əldə edilir. İnsanların necə düşündüyünü müqayisə edirsən.

Və əlbəttə ki, yenidən yeni əlaqələr, güclü və köhnələrini üstələyəcək əməkdaşlıqlar əldə etmək mümkündür.

O ki qaldı mənim ölkəm Latviya ilə Azərbaycan arasında münasibətlər, deyərdim ki, çox yaxşı əməkdaşlığımız mövcuddur.

2017-ci ildən strateji tərəfdaşlığımızı qeyd etməliyəm.

Azərbaycan bizim üçün Qafqaz regionunda ən güclü və etibarlı tərəfdaşdır və belə də olmalıdır.
Əməkdaşlığa gəlincə, üç sahədə - iqtisadiyyat, siyasət və təbii ki, mədəniyyət və xalqımızı düşündürən hər bir məsələlərdə əməkdaşlığımızıdavam etdiririk".

"Bakının bu forumda rolu böyükdür. Çünki Azərbaycan bu forumu təşkil edir. Azərbaycan olmasaydı forum olmazdı. Ona görə də biz Azərbaycana çox minnətdarıq", - deyə sabiq nazir bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Milli.Az

Избранный
29
3
milli.az

10Источники