RU

Çempionlar Liqasında ən çox qazanan klubların siyahısı açıqlanıb

Bakı. Trend:

Çempionlar Liqasının 1/8 final mərhələsindən sonra ən çox gəlirəldə edən klubların siyahısı açıqlanıb.

Trend-inməlumatına görə, turnirdə ən çox qazanan komanda "Bavariya" olub –Münhen təmsilçisi 106 milyon avro gəlir əldə edib.

PSJ və "İnter" siyahıda növbəti pillələrdə qərarlaşıb. 1/4finala yüksələn komandalar arasında ən az qazanc əldə edən isə"Aston Villa" olub – 83,7 milyon avro.

Çempionlar Liqasında ən çox gəlir əldə edən klublaraşağıdakılardır:

  • "Bavariya" – 106 milyon avro
  • PSJ – 104,4 milyon avro
  • "İnter" – 103,1 milyon avro
  • "Borussiya" D – 102,2 milyon avro
  • "Arsenal" – 102 milyon avro
  • "Real Madrid" – 101,8 milyon avro
  • "Barselona" – 101,6 milyon avro

Qeyd edək ki, 2024/2025 mövsümündə Çempionlar Liqasının büdcəsi2,47 milyard avro təşkil edir. Bu vəsait turnirdə iştirak edən 36komanda arasında nəticələrə əsasən bölüşdürüləcək.

Избранный
25
7
az.trend.az

8Источники