RU

Tbilisidə silahlı insident olub, ölən və yaralanan var





Gürcüstanın paytaxtı Tbilisidə ölümlə və xəsarətlə nəticələnən silahlı insident olub.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə Çavçavadze prospektində gecə saatlarında baş verib. İnsident nəticəsində orta yaşlı kişi qətlə yetirilib, daha bir nəfər isə yaralanıb.

Şahidlərin bildirdiyinə görə, silahlı hücum kafedən çıxan iki nəfərə qarşı törədilib. Onların sözlərinə görə, naməlum şəxs və ya şəxslər avtomobildən atəş açıb. Hadisə yerində yeddi-səkkiz atəş səsi eşidilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.

Mərhumun yaxınlarının Gürcüstanın “Birinci Kanal”ına verdiyi məlumata görə, o, hadisədən öncə Vake rayonunda tanışının yas mərasimində olub. Qətlə yetirilən şəxsin Moskva şəhərində biznesi olub, lakin onun hər hansı işgüzar problemlərlə qarşılaşdığı barədə məlumat yoxdur.

Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (qanunsuz odlu silah əldəetmə, saxlama və gəzdirmə) maddələri üzrə istintaq aparılır.

Hadisənin təfərrüatları araşdırılır.
Избранный
4
5
newscenter.az

7Источники