RU

Goranboyda 9 otaqlı ev yanıb

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Kənd sakini Nizami Vəliyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 386 m² (hər mərtəbəsi 143 m², mansardası 100 m²) olan mansard tipli 9 otaqlı fərdi yaşayış evində anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğım zamanı ikimərtəbəli evin mansardının yanar konstruksiyaları, ikinci mərtəbəsində 2 otağın tavanı və içərisində olan ev əşyaları 100 m² sahədə yanıb.

Yanğın söndürülüb, evin qalan hissələri yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb, xəsarət alan olmayıb.

Qeyd edək ki, evi yanan Nizami Vəliyev Şuşa fatehidir və ehtiyatda olan Polkovnik-leytenantdır.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
32
7
apa.az

8Источники