RU

Ronaldonun məşhur "Toto" restoranı bağlandı

Kristiano Ronaldo və tennis əfsanəsi Rafael Nadalın Madriddə yerləşən "Toto" adlı İtalyan restoranının cəmi üç ildən sonra bağlanıb.  

Valyuta.Az "Goal.com"a istinadla xəbər verir ki, Portuqaliyalı ulduz Ronaldo və Nadal bu restoranın investorları arasında yer alan bir neçə məşhur idmançılardan biri idi. Restoran 2022-ci ilin martında Madriddə açılmış və Nadalın da təsisçilərindən olduğu "Tatel Group"un bir hissəsi kimi fəaliyyət göstərirdi. Bu qrupa həmçinin Ronaldo və ispaniyalı basketbolçular Rudi Fernandes və Pau Qasol da şərik kimi qoşulmuşdular.  

Madridin mərkəzində yerləşən "Toto" restoranı öz karbonara pastası – "Vera Carbonara de Toto" ilə tanınırdı və qonaqlarına unikal qastronomik təcrübə vəd edirdi. Lakin "El Espanol" nəşrinin məlumatına görə, restoran gözlənilmədən bağlansa da, şirkətə məxsus Dubay və Əbu-Dabidəki digər restoranlar hələlik fəaliyyətini davam etdirir.  

"Toto" eyni zamanda Ronaldonun geniş biznes imperiyasının bir hissəsi idi. Meydandakı inanılmaz uğurları ilə kifayətlənməyən portuqaliyalı futbolçu biznes portfelini də genişləndirməkdə davam edir. O, geyim brendi, saç əkimi klinikası, bir neçə idman zalı və rekord qıran "YouTube" kanalı kimi müxtəlif sahələrə sərmayə qoyub. Ronaldo həmçinin futbolçu karyerasını bitirdikdən sonra bir klub satın almağı planlaşdırdığını da açıqlayıb.  

Rəhim

Избранный
15
2
valyuta.az

3Источники