Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb