RU

Buludlu və dumanlı şənbə...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, martın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 7-12°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 24-29°, dağlarda gecə 3-8°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV
XQ

Избранный
39
20
xalqqazeti.az

10Источники