Bülənt Korkmaz yenidən klubsuz qalıb.
Sportinfo.az xəbər verir ki, "Bakı"nın sabiq çalışdırıcısı Türkiyənin 1-ci Liqa təmsilçisi “Erokspor”da çox qalmayıb.
Klubun mətbuat xidməti 56 yaşlı məşqçinin istefaya göndərildiyini açıqlayıb. Yanvarda bu komandaya baş məşqçi təyin edilən mütəxəssis cəmi 2 ay işləyib.
Bu müddətdə “Erokspor” liqada 9 oyuna 2 qələbə qazanıb, 6 heç-heçə edib və 1 matçda uduzub. Komanda hazırda 1-ci liqada 29 turdan sonra 38 xalla 15-ci sıradadır.
Bülənt Korkmaz 2009-10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.