Bərdədə uşaq bağçasında uçqun olub.
News365.azxəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən 4 saylı uşaq bağçası-körpələr evində baş verib.
Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir azyaşlının qaldığı bildirilir.
Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.