RU

ABŞ-də helikopter qəzası: Pilot öldü

ABŞ-nin Ohayo ştatının Portij dairəsində helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə "Fox 8" telekanalı məlumat verib.

Hadisə nəticəsində pilotun həlak olduğu bildirilir.

"İstintaq göstərdi ki, "Schweizer 269C" helikopteri su anbarının üstündəki naqillərə ilişib və suya düşüb. Pilot həyatını itirib", - deyə telekanal bildirib.

Qeyd edilib ki, ölən Entoni Cons adlı pilotun 52 yaşı olub. Cəsəd helikopterin qəzaya uğradığı su anbarında tapılıb.

ABŞ Federal Mülki Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, qəza zamanı helikopterdə yalnız pilot olub. Hadisənin detalları müəyyənləşdirilir./Axar.az

Избранный
9
5
news24.az

6Источники