RU

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər – FOTO

Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər.

İftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailəsi üzvü, müharibə iştirakçıları, qazilər dəvət olunublar.

Mərasimdə “Qurani-Kərim”dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar. Həmçinin dövlətimizə, xalqımıza xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, Rəşadətli Azərbaycan Ordusunun mənsublarına güc-qüvvət arzulanıb, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.

DOĞRU.AZ

image-gc0tqezek8dorh4bvtd0t5xxm2rohvrivtmzwdnq_640 image-nwyeungaihvei2hwnxlv935mtqsk9foqe9hlgh22_640 image-lbtloszgideneepzdsbi1hfb3p3jnj8y9n2xsy1l_640 image-miinvdc0sld4c2k7ovnnqlzpdxfqqq2p89uspxor_640 image-5x0l3vulhj152nh2fkifhleg5d9pqb68n1ti3zou_640 image-vrulebjiik4k6jyyoi2b03vswiwu2k4gy9n9exg9_640 image-rbxl4ytrreq7aif5vlmz0fyladfodlkkh8rmfa4m_640 image-otgbbbmsw1hds9lonrytoare2xawrab0prquxy3q_640 image-idwmhixjf4sbfjuhmhzo6dug7gtxglrgqftveryi_640 image-dvmzik9ivlrteptazrrwtnhgsnx5za8nf6yz2qhj_640 image-vegzhwzugjh2r1tgibkg0sdpdqvp0gfcjwsfc1fc_640 image-a5jjvwm1tahorqgppepetheny2r3ogynpqzvuwik_640 image-s5nksllcvj8reaagdmoxqprszzzmayxgo08jyxd0_640 image-dws126vdt9osrqdekzhv7zwntbszcjjzaj3mxf3l_640 image-1khtbi9ratoaqan5ihhsalkwwhj0slyt1cbwpz4x_640 image-6daoemdxcx7q2du83knfbmy0hiras3jd7kmpdpju_640 image-g74pnxnwhqaceru22jvw8gplxoshftyqojntjch4_640 image-hmm0wcaayu80ef7whf4hdxhbmmmxmes6tvztdyli_640 image-jgwpo2hs0egcminxtwvpmhjpykyfmqr0cm2g34hg_640 image-pwsvxkmhdjbzq87z5rlr4yzfioezo4qblzqi95dg_640 image-qvypc8aqb2wsokilmjhbgqzalrrfbrftqzgeoapg_640 image-zvexykuvyggtoztloobixnrkkppjtu2yacz76scr_640 image-k89h4fs7fojsjvedpho6e3mwjaeue5rgn94psd17_640 image-yn2ir5r0v504v8hcy2o7uryxxjkgqxbfcumwbeyf_640

Избранный
3
46
dogru.az

10Источники