17 yaşadək qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində 2-ci matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan təmsilçimiz Bolqarıstanla qarşılaşacaq.
Bayıl stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri qarşılaşacaq.
Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə uduzub.