RU

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb – FOTO

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The Mystery of the Rose”) sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Sərgidə müəllifin “Yuxulara səyahət”, “Pişik-qız və tısbağa rəqsi”, “Yelpik və albalı”, “Ürəklə qız”, “Günəşin uşaqları”, “Hind fili və kəpənəklər” kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxartdığı əsərləri də yer alıb.

Jurnalistlərə müsahibəsində heykəltaraş Andrey Ostaşov Bakıda açılan sərgisinin bəlkə də onun üçün ən böyüklərindən olduğunu dedi: “Burada 80-ə yaxın heykəl toplanılıb. Böyük məmnunluq hissi keçirirəm ki, işlərimi Azərbaycanda nümayiş etdirmək imkanım yaranıb. Ümid edirəm ki, ziyarətçilər bəyənəcəklər”.

Sərginin əsas mövzusunun insan duyğularına, qadın və kişi, daxili dünyanın gözəlliyinə həsr olunduğunu qeyd edən heykəltaraş məhz ona görə də sərgini “Qızılgülün sirri” adlandırdığını bildirib. “Qızılgül özünü qoruyan çiçəkdir, lakin içəridə incə bir canlıdır”, – deyə o, əlavə edib.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Andrey Ostaşovun yaradıcılığı ilə təsadüfən qalereyalardan birində tanış olduğunu deyib: “Həqiqətən məni heyrətləndirən yeni əsərlər gördüm. Andrey və əziz kuratorumuz İrina xanıma belə gözəl bir sərgini həyata keçirə bildiyimiz üçün təşəkkürümü bildirirəm. Əminəm ki, hamı onu bəyənəcək”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Andrey Ostaşovun adının bütün dünyada kifayət qədər məşhur olduğunu bildirib: “Sərginin bu gözəl binada – Heydər Əliyev Mərkəzində keçirilməsi heykəltaraş üçün başqa bir mərhələdir. Mən sizə böyük uğurlar arzulayıram və hər il olmasa da, ən azı bir neçə ildən bir Bakıda öz sərgilərinizi təşkil edəsiniz və sənətinizlə bizi sevindirəsiniz”.

Heykəltaraşın həyat yoldaşı, sərginin kuratoru İrina Kolomenskaya sərgidə bu qədər sənətsevərin toplanmasının çox həyəcanverici hiss olduğunu deyərək Andrey Ostaşovun işlərinin Heydər Əliyev Mərkəzinin zallarında nümayiş olunması ideyasına görə minnətdarlığını bildirib.

1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimi formalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəblərinin təsiri olub.

Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet-filosoflar nəslinə aid rəssamdır. Heykəltaraş yaradıcılığında Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənətin, samuray və oyuncaq ayıların, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.

Belarus Rəssamlar İttifaqının üzvü, 100-dən çox respublika və beynəlxalq sərginin iştirakçısı, incəsənət və memarlıq müsabiqələrinin laureatı olan Andrey Ostaşovun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır.

Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. şəhərlərdə təşkil olunub.

Daş və bürünclə işləyən Andrey Ostaşov ilk növbədə forma və xətt yaradıcısı, tunc və daş işində mütəxəssis, səth və həcm yaradıcısıdır. Andrey Ostaşovun əsərlərini fərqləndirən amillərdən biri də miniatürluqdur. Bu isə memarın ustadlığını bir daha nümayiş etdirir.

Andrey Ostaşov yaradıcılıq materialları toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə, xüsusilə də Asiya ölkələrinə çoxlu səyahət edir. Müəllifin xüsusi marağı isə insanın daxili aləmidir. Təsadüfi deyil ki, Bakı sərgisi də “Qızılgülün sirri” adlanır. Bu çiçək eyni anda zahiri gözəlliyi və mənəvi dərinliyi, əlçatmazlığı və əzəməti, gücü və həssaslığı ehtiva edir. “Qızılgülün sirri” hər kəs üçün fərqli və unikaldır. Heykəltaraş bizi yenidən bu dərin və gözəl səyahətə – öz daxili dünyamıza dəvət edərək eksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısına çevrilməyə çağırır.

DOĞRU.AZ

image-rrchl1wvnphjwwhwsmczgyf7ayq6lxb6wkjgft0c_640 image-whhys5rty2upbvl1pgulw99lq14e32bcg0nszmda_640 image-ljy0axzqaqancqv5fibmvz3ftkt0o13xx60lazhk_640 image-07hjj9oxspecxkw5ctl6uert8dvhd0zqqzsagj7r_640 image-kvlsnu8raxtfqhnevjzjyldfbbs0yy0ril3nlwls_640 image-r3tbddqvzojkspadt0xwywddo5qzucxntybsgw7f_640 image-1owkp8ad26hiubhigzdkqscaydbl4zqg5dpberak_640 image-xskjsijno6a8rt0thn48enfxcpu1iiveyb09hdrq_640 image-utniznz37aklmfy98pawasdpkf514xun0fyhoaop_640 image-pwzmumnaiqsetmrga66ggtjb526di79dmsbiigpw_640 image-wzzqgwhgawks7f5thehw37k7p9tgflc7alr1osba_640 image-wkdboev4hgzruxxw89d8snif7pxswuyi1brcb1q3_640 image-v3xebeyhxfylwbqxipi6jyfbabzawia2daalar38_640 image-urs7a4n8tqzrmfho9jrtdodvqnr7na2ynojyr3of_640 image-g0xwiuct9dvv81fpapnlytvvakmp4bajrqti8zec_640 image-cvxtaimtfpaddc4888wv3wyzgaek8jkl2pbedbpp_640 image-204fmdqzgluqyzitacook0aivdngcka3fiw3j6ws_640 image-il9kiyet0ap4fls48w3rbhrpfdhaqtytqztstvc4_640 image-dcxkcqawcdaalhqnwnpeyyj0d7xlz4a9scaknknm_640 image-mrhvocundqmiwaldjww9pl3jfl8qmysdhlemf2mj_640 image-ryvpsno8vuzzubhn1pdb1qsmldsfpuixzz3xn8v8_640 image-gjwrtazxk47gyty70msq6uwoqchx63jswqfxu8yp_640 image-dv7sbrgakd4l97kdyp2jmydiwk6remisbnnkmvc5_640

Избранный
8
24
dogru.az

10Источники