RU

Futzal: U-19 millimiz seçmə mərhələyə Bakıda hazırlaşacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının (U-19) martın 16-dan 24-nə qədər Bakıda təlim-məşq toplanışı olacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

U-19 millimiz Avropa çempionatının əsas mərhələsində iştirak edəcək. Komandamız rəsmi oyunlara məhz Bakıda hazırlaşacaq. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət edib.

Toplanışın sonunda səfərə ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.

Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə;

Oyunçular: Rəvan Məsiyev, Pünhan Qasımzadə, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Kazım Zülfüqarlı, Elgün Sadıqlı, Fariz Hüseynov, Murad Fərzəliyev, Aslan Hüseynov, Bəyoğlan Vəlizadə, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Umud Qasımov.

Qeyd edək ki, 7-ci qrupda yer alan Azərbaycan millisi martın 26-da Bosniya və Herseqovina, ertəsi gün – martın 27-də Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Komandamız qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək.

Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. Ancaq birinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

Избранный
31
19
arena.az

10Источники