RU

“Yetenek sizsiniz Türkiye” 7 il sonra ekranlara qayıdır

Türkiyənin məşhur yarışması “Yetenek sizsiniz Türkiye” ekranlara geri dönür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

İş adamı, “TV8”in rəhbəri Acun Ilıcalının illərdir uğurla həyata keçirdiyi formatı bu dəfə “O3 Media” istehsal edəcək.

Proqramda ilk də yaşanacaq. Belə ki, veriliş dünyada ilk dəfə rəqəmsal platformada və “FreeTV”də birgə yayımlanacaq. Həm “NOW”, həm də “Disney Plus”da tamaşaçıların qarşısına çıxacaq.

“Yetenek sizsiniz Türkiye”nin münsiflər kürsüsündə əyləşəcək iki ad da açıqlanıb. Onlardan birinin aktrisa Eda Ece, digərinin isə aparıcı İbrahim Selim olacağı ehtimal edilir.

Qeyd edək ki, yarışma 2009-2018-ci illərdə yayımlanıb.





Избранный
18
1
qafqazinfo.az

2Источники