RU

Bakıda qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş Z.V. adlı qadının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Z.V. xadimə kimi çalışdığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən üçmərtəbəli həyət evinin üçüncü mərtəbəsində yerləşən qonaq otağının dolabından 115 450 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Təqsirləndirilən şəxs həmin villada 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayının sonlarına qədər çalışıb. O, ev sahibinin ölkə xaricində olmasından istifadə edərək oğurluq hadisəsini törədib.

Qadın oğurladığı qızılları metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyalarının yaxınlığında yerləşən üç lombarda satdığı da məlum olub.

Məhkəmənin qərarı ilə Z.V.-yə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Mənbə: oxu.az

Избранный
27
14
oxu.az

10Источники