RU

102 şagird məktəbdə qidadan ZƏHƏRLƏNİB

Türkiyədə məktəbdə 102 şagird qidadan zəhərlənib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulun Əbdülrəhmanqazi məhəlləsində yerləşən özəl təhsil müəssisəsində baş verib.
 

Məlumata görə, şagirdlər nahar zamanı yeməkxanada şorba, pizza, makaron və tiramisu yeyiblər. Bir qədər sonra isə bəzi şagirdlər ürəkbulanma və başgicəllənmədən şikayət edib.


Dərhal məktəbə təcili yardım briqadaları çağırılıb və uşaqlar yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Tibbi müdaxilədən sonra məktəblilərin vəziyyəti stabilləşib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

Избранный
4
5
bizim.media

6Источники