Plastik cərrahların sənədlərini təftiş eden Komissiyanin işi aprelin əvvəllərində başa çatacaq.
APA xəbər verir ki, bunu Səhiyyə Naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, nəticələr ictimaiyyətə elan ediləcək: "Həmçinin, İcbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək
İcbari tibbi sığorta xidmətlər zərfi 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar bura əlavə edliləcək", nazir qeyd edib.