RU

Azərbaycanda süni intellekt tibbin hansı sahəsində tətbiq olunur? - Nazir açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi süni intellektin tibb sahəsində tətbiqi ilə bağlı işlər aparır".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, Azərbaycan səhiyyəsində məqsədli şəkildə rəqəmsallaşma aparılır:
"Süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur. Hələlik, əsasən, radiologiyada bu tətbiq olunur".
"İnanırıq ki, yaxın zamanlarda süni intellektin səhiyyədə tətbiqi daha da genişləndiriləcək və digər tibb sahələrini də əhatə edəcək", - deyə nazir qeyd edib.
Избранный
87
50
oxu.az

10Источники