RU

Fransada polislərə hücum edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın Kann şəhərində polis bölməsi yaxınlığında kişi polis əməkdaşlarına hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Lesinguliersete.fr" nəşri məlumat verib.
Məlumata görə, bıçaqla silahlanmış şəxs "Allahu Əkbər" qışqıraraq polis əməkdaşlarına hücum edib.
Yaxınlıqda patrul xidməti aparan polislər dərhal reaksiya verib və hücumçunu zərərsizləşdirmək üçün elektroşokerdən istifadə ediblər. Nəticədə, kişi nəzarətə götürülüb.
Lakin bildirildiyinə görə, həbs edildikdən sonra belə yerləşdirildiyi kamerada eyni sözləri deməyə davam edib.
Избранный
12
50
oxu.az

10Источники