RU

İƏT Baş katibi Maliyyə Nazirliyində

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə, bu təşkilata üzv olan ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Bunu maliyyə naziri Sahil Babayev martın 15-də İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Əsəd Məcid Xan Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu, ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib, sahəvi nazirlərinin, o cümlədən maliyyə nazirlərinin toplantılarının, həmçinin üzv ölkələrin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

XQ

Избранный
0
10
xalqqazeti.az

10Источники