RU

Qərbi Azərbaycan Xronikası: "Qara bayram" hansı tarixdə qeyd edilməlidir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Tərəkəmələrlə oturaq həyat keçirənlərin toqquşması" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı Qərbi Azərbaycanda çərşənbə adətlərindən və folklor mühitindən söz açıb.
O bildirib ki, adətlərin kökündə qədim türk inancları durur: "Qərbi Azərbaycanda çərşənbə adətlərinə "qanun" deyirdilər. Üçüncü çərşənbə ölü təki adlanır. Qara bayram qədim türk inancı ilə bağlı idi".
Onun sözlərinə görə, Qərbi Azərbaycan ləhcəsi, adətləri itməkdədir: "Böyük tərəkəmə adətləri itib-batıb. Tərəkəmələrlə oturaq həyat keçirənlərin toqquşması baş verir. Tərəkəmə mətbəxi tamamilə unudulub".
L.Vaqifqızı Qərbi Azərbaycanda mövcud olan folklor mühitinin dağılma səbəblərinə, eləcə də Qara bayramın hansı tarixdə qeyd olunmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Избранный
0
3
oxu.az

10Источники