RU

Bu şəxslərin müavinəti tamamilə ləğv edilə bilər

2024-cü il il ərzində vahid aylıq müavinət ("çörəkpulu") alan keçmiş məcburi köçkünlərin sayı 39 100 nəfər azalıb.

Bəs "çörəkpulu" tamamilə ləğv edilə bilər?

Axar.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, bu yardım yalnız müəyyən şərtlər daxilində tamamilə ləğv oluna bilər:

"Çörəkpulu bütün məcburi köçkünlərə deyil, yalnız əmlakı və mülkiyyəti olmayanlara verilir. İşğaldan azad olunmuş ərazilərə qayıtmaqdan imtina edən şəxslər üçün isə bu yardım dərhal dayandırılacaq. Ərazilərinə qayıdan məcburi köçkünlər üçün isə çörəkpulu müəyyən müddət ərzində ödənilməyə davam edəcək. Mövcud qanunvericiliyə əsasən, bu müddət üç il təşkil edir. Yəni məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra üç il ərzində bu yardımı almağa davam edəcəklər, daha sonra isə ödəniş dayandırılacaq".

Избранный
9
14
axar.az

10Источники