RU

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə BAŞLAYIR

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu beynəlxalq tədbir çərçivəsində çıxış edərək ölkəsinin nəqliyyat və kommunikasiya layihələri barədə danışıb.   Manset.az xəbər verir ki, o, Türkiyənin geostrateji əhəmiyyətini vurğulayıb. Nazir Orta Dəhlizin gücləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib, bu marşrutun Pekindən Londona yükdaşıma müddətini 18 günə endirdiyini vurğulayıb. O, Həştərxan üzərindən keçən dəmir yolu layihəsi tamamlansa, bu müddətin 14 günə qədər azaldılacağını əlavə edib.

Uraloğlu çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunub: “Zəngəzur dəhlizi Azərbaycanın ərazisindən keçərək Ermənistan və ya İran üzərindən Naxçıvana, oradan isə Dilucu və Qars vasitəsilə Bakı-Tbilisi dəmir yolu xəttinə qoşulacaq. Əslində, bu dəhliz Türkiyənin dəmir yolu şəbəkəsinə də birbaşa bağlantı təmin edəcək. Hazırda onun inşası Azərbaycanda davam edir. Türkiyə ərazisində isə 224 kilometrlik hissənin tikintisinə yaxın aylarda başlanması planlaşdırılır”, - deyə nazir bildirib.

Избранный
0
1
manset.az

2Источники