RU

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

...Ukrayna ilə bağlı Amerika-Rusiya təmasları fonunda Qərb bizneslərinin Rusiyaya kütləvi şəkildə qaytarılması ilə bağlı şayiələrin güclənməsinə baxmayaraq, Rusiyanı tərk edən ən böyük şirkətlər bu fərziyyələri təsdiqləməyiblər.

SİA-nın məlumatına görə, bu barədə Qərb ölkələrindən olan 60-dan çox biznes nümayəndəsinə müvafiq sorğu göndərən “The Bell”yazıb.

Deyilənlərə görə, nəşrin sorğusuna 21 şirkət cavab verib. Onların heç biri Rusiyaya qayıtmaq planları ilə bağlı suala müsbət cavab verməyib.

Rusiya Federasiyasında fəaliyyətini bərpa etmək niyyətində olmayanlar arasında Finlandiyanın təkər istehsalçısı Nokian Tyres, Latviyanın elektronika distribyutoru ELKO Group, VEON telekommunikasiya holdinqi, Henkel kimya-sənaye şirkəti (Almaniya), IKEA-nın sahibi olan Hollandiyanın Ingka holdinqi, Yaponiyanın idman konsernini, Niderland avtokonserni, eləcə də Alman neft-qaz şirkəti olan Wintershall Dea var.

Şirkətlər qeyd ediblər ki, onların Rusiyaya qayıtması üçün geosiyasi arenada “fundamental və uzunmüddətli” dəyişikliklər baş verməlidir. Bir sıra şirkətlər də Rusiya hakimiyyəti tərəfindən öz aktivlərinin qanunsuz müsadirə edilməsini qeyd ediblər.

…Opsion üzrə aktivlərin geri alınması yalnız geosiyasi vəziyyətdə əsaslı və uzunmüddətli dəyişikliklər zamanı nəzərə alınacaq.

…Hazırda bunu görmürük, - deyən Henkel, şirkətin Ukraynada müharibə başlayandan sonra 2022-ci ildə Rusiyadakı fəaliyyətiniaçıq şəkildə tamamladığını vurğulayıb.

…Biz Rusiyadakı vəziyyəti izləməyə davam edirik, lakin hazırda əlavə şərh verə bilmərik.

Bunu Nissan qeyd edib.

…Wintershall Dea, şirkətin aktivlərin faktiki və qanuni müsadirəsindən sonrahüquqi mövqelərini qorumaq üçünRusiya Federasiyası ilə məhkəmə çəkişmələrini davam etdirdiyini söyləyib.

…Bir sıra şirkətlər Rusiyaya qayıtmaq fikrində olmadıqlarını bildirməklə yanaşı, hazırda ölkədəvəziyyəti izləyirlər. Söhbət neft-mədən xidmətləri şirkəti Baker Hughes-dan gedir - onlar Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi halında vəziyyəti öyrənəcəklər;

…Bosch - şirkət Qazprom Məişət Sistemləri ilə müzakirələr aparır, lakin ətraflı məlumat vermir;

…lift istehsalşısı Otis, geri qayıtmaq barədə danışmaq üçün hələ tez olduğunu söyləyib.

Xatırladaq ki, Rusiya ordusunun 2022-ci ildə Ukraynaya hücumuna başlayandan sonra McDonald's-dan tutmuş Mercedes-Benz-ə qədər mindən çox şirkət Rusiya bazarını tərk edərək Rusiya Federasiyasındakı aktivlərini satıb, idarəçiliyə keçirib və ya imtina edib.

Onların bəziləri mümkün geri almaq şərti ilə çıxıb, bəziləri isə müvəqqəti olaraq ələ keçirildikdən sonra yerli investorlara təzyiq altında bizneslərini satıblar.

Əli Babayev

Избранный
3
sia.az

1Источники