RU

Tramp orduya əmr verdi – Ölənlər var

Prezident Donald Tramp ABŞ Ordusuna Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini bildirib.

Heftelik.az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

Donald Tramp bildirib ki, bu gün ABŞ Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr edib: “Onlar Amerika və digər gəmilərə, təyyarələrə və dronlara qarşı amansız piratlıq, zorakılıq və terror kampaniyası aparıblar.

ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir.

Dörd ay əvvəl Qırmızı dənizdən keçən sonuncu Amerika döyüş gəmisi Husilər tərəfindən çox saylı hücuma məruz qalıb. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar.

Bu amansız hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.

Artıq ABŞ və Böyük Britaniya Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.  Husilərin nümayəndəsi Anis əl-Əsbahi ABŞ və Böyük Britaniyanın zərbələrinin nəticəsində 9 nəfərin öldüyünü, 9 yaralının olduğunu açıqlayıb.

Избранный
7
6
heftelik.az

10Источники