Azərbaycan milli komandasının futbolçusu Zamiq Əliyev Albaniyanın "Eqnatiya" klubunda növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ölkə çempionatının 30-cu turunda "Tirana"ya qarşı 90 dəqiqə forma geyinib.

Lider "Eqnatiya" ev matçında 2 vacib xal itirib - 1:1. Hesabı 37-ci dəqiqədə Z.Əliyevin komandası açsa da, 45+5-ci dəqiqədə qonaqlar cavab qolunu vurublar. Həmin epizoddan 1 dəqiqə öncə həmvətənimiz sarı vərəqə ilə cəzalandırılıb.

Fasilədən sonra hər iki komandanın bir futbolçusu qovulub, hesab .isə dəyişməz qalıb.

Beləliklə, arıdıcıl 2-ci dəfə heç-heçə oynayan "Eqnatiya" çempionluq yolunda ağır zərbə alıb. Hazırda 54 xala malik komanda ən yaxın izləyicisi "Dinamo"nu cəmi 4 xal qabaqlayır. Amma rəqibin ehtiyatda 1 oyunu var.

Qeyd edək ki, Z.Əliyev ötən ilin yayında "Araz-Naxçıvan"dan "Eqnatiya"ya keçib. O, yeni komandasında 34 matçda forma geyinib.