RU

Tramp Ukrayna üzrə xüsusi elçisini təyin etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp general Kit Kelloqu Ukrayna üzrə xüsusi elçi təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"General Kit Kelloqun Ukrayna üzrə xüsusi elçi təyin edildiyini sizə xəbər verməkdən məmnunam", - o qeyd edib.
Kelloq Vaşinqtonun Volodimir Zelenski və Ukrayna rəhbərliyi ilə təmaslarına nəzarət edəcək.
"Kelloq onları yaxşı tanıyır və onların çox yaxşı iş münasibətləri var", - Tramp əlavə edib.
Bundan əvvəl Kelloq ABŞ prezidentinin köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifələrində işləyib.
Избранный
17
7
oxu.az

10Источники