Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya Albaniya Superliqasında 30-cu tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda evdə “Tirana” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Zamiq də bu görüşdə iştirak edib. 23 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 45+4-cü dəqiqəsində sarı vərəqəylə cəzalandırılıb.
Qeyd edək ki, “Eqnatiya” hazırda turnir cədvəlində 54 xalla liderdir. “Tirana” isə 31 xalla 7-cidir.
“Eqnatiya” - “Tirana” - 1:1
Qollar: Sota, 36 - Pino Soler, 45+5