RU

Rusiyanın radar kompleksi vuruldu - Video

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın “Utes” radar kompleksini məhv edib.

Axar.az xəbər verir ki, radar kompleksi PUA tərəfindən vurulub.

Bildirilib ki, Rusiya “Utes” kompleksi ilə 360 kilometr radiusda Ukrayna təyyarələrini, raketlərini və dronlarını izləyib.

"Bu kompleks Rusiyanın hava hücumundan müdafiəsinə 20 kilometrə qədər hündürlükdə olan obyektlər haqqında məlumat verib. Onun məhv edilməsi Rusiya qoşunlarının səma üzərində nəzarətini əhəmiyyətli dərəcədə zəiflədib, həmçinin hava hücumundan müdafiə sistemlərinin effektivliyini azaldıb", - məlumatda qeyd olunub.

Избранный
14
axar.az

1Источники