RU

Oruc tutmaq istəyən şəkər xəstələrinin nəzərinə: 4 qızıl qayda VAR

Şəkər xəstələri oruc tutmaq istədikdə sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər. Uzun müddət ac qalmaq qan şəkərinin qəfil enməsinə və ya yüksəlməsinə səbəb ola bilər. Buna görə də, oruc tutmazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Redaktor.az xəbər verir ki, xəstələr iftarda birdən çox yeməkdən çəkinməli, yeməyi yavaş və fasilələrlə yeməlidirlər.

İmsakda isə ağır yeməklərdən uzaq duraraq balanslı qidalanmaq tövsiyə olunur.

Gün ərzində kifayət qədər su içmək susuzlaşmanın qarşısını alır.

Qan şəkərini mütəmadi olaraq yoxlamaq və hər hansı risk aşkarlandıqda tədbir görmək lazımdır. Əgər qan şəkəri təhlükəli həddə düşərsə, orucu pozmaq vacibdir.

Susuzluq və mineral çatışmazlığına qarşı diqqətli olmaq lazımdır. Hipoqlikemiya əlamətləri (başgicəllənmə, halsızlıq) hiss edilərsə, dərhal həkimə müraciət edilməlidir.

İftardan imsaka qədər maye balansına diqqət edilməlidir.

QEYD: Xüsusilə insulin istifadə edən xəstələr əlavə risklər barədə həkimləri ilə məsləhətləşməlidir. Sağlam və təhlükəsiz bir Ramazan keçirmək üçün bu qaydalara əməl etmək tövsiyə olunur (e-saglam.az). 

Избранный
7
3
redaktor.az

4Источники