RU

ABŞ Yəməni vurdu: Ölü sayı 50-yə çatdı

ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 50-yə yaxınlaşıb.

“Cebheinfo.az” “Əl Mayadeen”-ə istinadən xəbər verir ki, ölən və yaralananların yalnız mülki şəxslərin olduğu iddia edilir.

Telekanal Yəməndə azı 25 nəfərin öldüyünü, daha 23 nəfərin yaralandığını açıqlayıb.

Üstəlik, zərbələri təkcə Amerika deyil, həm də Britaniya qüvvələri həyata keçirir.

Hava hücumları iki elektrik stansiyasına da endirilib və nəticədə bir ərazidə elektrik kəsilib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinə Yəmən husilərinə qarşı “qətiyyətli və güclü hərbi əməliyyatlara” başlamağı əmr etdiyini bildirib.

Daha sonra KİV Yəmənin Səhiyyə Nazirliyinə istinadən ABŞ-nin bu ölkənin paytaxtı Sənaya endirdiyi aviazərbələr nəticəsində azı 9 nəfərin öldüyünü, daha 9 nəfərin isə yaralandığını bildirib.

Избранный
10
cebheinfo.az

1Источники