RU

"Formula-1": "McLaren" mövsümə qələbə ilə başladı

"Formula-1"in 2025-ci il mövsümünün Qran-prisi martın 16-da Avstraliyada baş tutub.

Melburn şəhərində keçirilmiş Avstraliya Qran-prisində qalib adını "McLaren" komandasından britaniyalı Lando Norris qazanıb.

İkinci və üçüncü yerləri isə müvafiq olaraq, "Red Bull"dan Maks Ferstappen və "Mercedes"dən Corc Rassel tutublar.

Şəhər trasında keçirilmiş yarış yağışlı hava şəraitində baş tutub. Altı pilot yarışı tamamlaya bilməyib.

Xatırladaq ki, 24 yarışdan ibarət mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.

Mənbə: oxu.az

Избранный
3
7
oxu.az

8Источники