RU

Paşinyan: Azərbaycanla sülh sazişi üzrə danışıqlar yekunlaşıb

Paşinyan Pezeşkianla telefon danışığı zamanı Azərbaycanla sülh sazişi üzrə danışıqların başa çatdığını bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Azərbaycanla sülh sazişi üzrə danışıqların başa çatdığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər həmçinin regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Qeyd edək ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi İrəvan və Bakının sülh sazişinin mətnini razılaşdırdığını və danışıqların yekunlaşdığını açıqlamışdı.

Избранный
65
1
operativmedia.az

10Источники