RU

1117-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1117-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 658 təyyarəsi, 283 helikopteri, 46 917 PUA-sı, 601 zenit-raket kompleksi, 22 297 tank və digər zirehli texnikası, 1 529 reaktiv yaylım atəş sistemi, 22 620 artilleriya və minaatanı, 32 940 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
27
49
axar.az

10Источники