
Güclü tornado ilə müşayiət olunan fırtına dalğası ABŞ-nin mərkəzi ərazilərini bürüyüb.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, indiyədək, ümumilikdə 33 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Qeyd olunur ki, 250 mindən çox ev işıqsız qalıb.
“Fırtına xüsusilə Missisipi, Missuri, Texas, Oklahoma, Kanzas və Arkanzas ştatlarına ziyan vurub. Arkanzas qubernatoru Sara Sanders ştatda fövqəladə vəziyyət elan edib”, - mətbuat orqanı yazır.