RU

Apple şirkəti AirPods-a canlı tərcümə funksiyası əlavə edir

ABŞ-ın Apple şirkəti, iOS 19 yeniləməsi ilə AirPods-a canlı tərcümə funksiyası əlavə etməyi planlaşdırır. Şirkətin ən böyük rəqibləri arasında yer alan Google və Samsung uzun müddətdir ki, bu xidməti istifadəçilərinə təqdim edir.

Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Apple bu ilin sonunda iOS 19 yeniləməsi ilə AirPods-a canlı tərcümə funksiyası əlavə etməyi planlaşdırır. Məlumata görə, qulaqlıqlar danışıq dilini aşkar edəcək, onu iPhone vasitəsilə dərhal tərcümə edəcək və istifadəçilərin AirPod-larına ötürəcək.

İstifadəçi öz dilində danışdıqda tərcüməçi səsi digər tərəfə onun dilində ötürəcək. İngilis dilli istifadəçi Çin dilində danışan birini dinləyərkən, AirPods vasitəsilə ingilis dilində danışığı eşidə biləcək.

Verilən məlumata görə, Apple 2020-ci ildən iPhone-da Translate tətbiqini təklif edir, lakin bu yenilik AirPods ilə tərcüməni daha praktik edəcək.

iOS19AirPods
Избранный
47
marja.az

1Источники