RU

Hikmət Hacıyevə ABŞ-dan telefon zəngi

“Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq”.

Herbiand.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefon danışığından sonra  “X” hesabında yazıb.

“Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə (Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri -red.) danışdım. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq”.

trampin-musaviri-hikmet-haciyevle-danisib

Избранный
12
30
herbiand.az

10Источники