RU

Husilər ABŞ-nin “Harry Truman” gəmisinə ikinci dəfə zərbə endiriblər - YENİLƏNİB

Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə Birləşmiş Ştatların “USS Harry Truman” təyyarədaşıyan gəmisinə ikinci dəfə zərbə endiriblər.

Bu barədə husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

“Bir neçə saat davam edən hücumda bir neçə ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilib”, - məlumatda deyilir.

***
22:09

Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizin şimalında Birləşmiş Ştatlara məxsus “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücum edib.

APA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalına bildirib.

“ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilər Qırmızı dənizin şimalında 18 ballistik və qanadlı raket, o cümlədən PUA hücumuna məruz qalıb”, - Sariya qeyd edib.

Onun sözlərinə görə, ABŞ martın 16-na keçən gecə Yəmənin əyalətlərinə 47 zərbə endirib.

Избранный
5
3
apa.az

10Источники