RU

Levandovski bunu bacaran ilk futbolçu olub

Polşalı hücumçu Robert Levandovski son 4 mövsümdə “Barselona”nın heyətində 35 qol vuran ilk futbolçu olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bunu La Liqanın XXVIII turunda “Atletiko” ilə matçda reallaşdırıb.

Buna sonuncu dəfə argentinalı hücumçu Lionel Messi nail olub. O, 2020/2021 mövsümündə meydana çıxdığı 47 oyunda 38 qola imza atıb.

Qeyd edək ki, R.Levandovski “Barselona”nın qələbə qazandığı (4:2) görüşün 72-ci dəqiqəsində fərqlənib. O, cari mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 40 matçda 35 qol vurub.

Избранный
28
5
bakivaxti.az

10Источники