Efiopiyada güclü zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin mütəxəssisləri məlumat verib.
Seysmik hadisə bazar günü, martın 16-da yerli vaxtla saat 21:53-də qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5,1-ə çatıb ki, bu da güclü zəlzələ hesab olunur. Zəlzələnin episentri 213 min nəfər əhalisi olan Nazaret şəhərindən 143 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zərərçəkənlər və mümkün infrastruktur zədələri barədə məlumat verilməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта