"Sumqayıt" klubunun Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz” üzərində qələbəsi (2:1) əlamətdar hadisə ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, Tovuzdan 3 xalla dönən “gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında 400-cü qolunu vurub.
Qolun müəllifi 64-cü dəqiqədə özbəkistanlı Bobir Abdixolikov olub.
“Sumqayıt” ölkə çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.
Bu sayda qol vurmaq üçün sumqayıtlılara 427 oyun lazım gəlib. Bu qollardan 210-u ev, 190-ı isə səfər matçlarında vurulub.
"Sumqayıt" 400 qol həddinə 14 il ərzində çata bilib. Komandanın Premyer Liqada ilk qolunu 2011-ci il avqustun 6-da Eşqin Quliyev "Xəzər Lənkəran”ın (1:2) qapısından keçirib.
BU DA MARAQLIDIR: