RU

"Sumqayıt"dan yubiley qolu

Misli premyer-liqasının 27-ci turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi premyer-liqada 400-cü qolu vurub.2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.“Sumqayıt” ölkə çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub. Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Qeyd edək ki, “Sumqayıt”ın premyer-liqadakı birinci qolunu Eşqin Quliyev 2011/12 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

Избранный
23
15
football-plus.az

10Источники