RU

Rubl daha da bahalaşdı - 27 iyundan bəri bir ilk!

Beynəlxalq Forex bazarında ABŞ dollarının məzənnəsi 27 iyun 2024-cü ildən bəri ilk dəfə olaraq 84 rubldan da aşağı düşüb.

Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:09-da Forex-də dolların məzənnəsi 1,91% ucuzlaşaraq 83,8657 rubl olub.

Rusiya fond bazarı yeni həftəyə artımla başlayıb. Səhər sessiyasında Moskva birjasının indeksi 2,01% artaraq 3260,44 bənd təşkil edib.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə sabah, martın 18-də danışa biləcəyini deyib. Respublikaçı Ukraynadakı döyüşlər kontekstində əraziləri, həmçinin AES-ə nəzarəti müzakirə etmək istəyir. Tramp bildirib ki, nizamlanmaya nail olmaq üçün “yaxşı şans” var.

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişlər və ABŞ-Rusiyanın münasibətlərin bərpasına yönəlmiş son geosiyasi bəyanatlar bazar iştirakçılarının müsbət əhval-ruhiyyəsini gücləndiririr.

Xarici investorlar geosiyasətdə daha da "istiləşmə" ərəfəsində Rusiya aktivlərini almağa başlayıblar. 

Brokerlər xarici investorlar arasında Rusiya aktivlərinə tələbatın artdığını təsdiqləyiblər. 

Избранный
36
marja.az

1Источники