RU

Cənubi Koreyada hərbi PUA və helikopter toqquşublar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreyada hərbi aerodromda hərbi pilotsuz uçan aparatla helikopter toqquşublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
Məlumata görə, hadisə Seuldan 30 kilometr şimalda, Yançju aerodromunda baş verib.
Ordunun quru əməliyyatları komandanlığının bəyanatında bildirilib ki, hərbi pilotsuz təyyarə eniş edərkən "Surion" helikopteri ilə toqquşub. Hər iki hava vasitəsi alovlanıb, yanğın 20 dəqiqə ərzində söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Избранный
3
oxu.az

1Источники