Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.
Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd edib.
Zukan Helez ölkəmizin Bosniya və Herseqovinada müxtəlif sahələrdə təmsil olunmasının önəmini diqqətə çatdırıb və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib.
Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyyanamənin imzalandığını qeyd edib və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.
Görüşdə əməkdaşlığımızın pesrpektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
