Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formata keçiriləcək:
"Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahan əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək. Hələ ki, bu imtahanın pulsuz olduğu dövrdə hər bir müəllimi, alimi, mütəxəssisləri imtahandan keçməyə çağırırıq".