RU

"Avropa İttifaqı özünün insanlıq ənənələrini ayaq altına atmaq siyasətini hələ də həyata keçirməkdədir" - DEPUTAT

"Avropa İttifaqı özünün insanlıq ənənələrini ayaq altına atmaq siyasətini hələ də həyata keçirməkdədir" - DEPUTAT"Avropa İttifaqı özünün insanlıq ənənələrini ayaq altına atmaq siyasətini hələ də həyata keçirməkdədir" - bunu Sonxeber.az -a açıqlama verən deputat Vüqar İskəndərov deyib.

O, Avropa Parlamentinin qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı qətnamə barədə danışıb:

"Avropa Parlamentinin qəbul etdiyi erməni girovlarının qanunsuz tutulması və qondarma məhkəmə prosesləri adlı ağ yalana bürünmüş, qeyri-obyektiv və qərəzli qətnamə kağız parçasından başqa birşey deyil. Az-çox ağlı olan, dünya siyasətindən anlayan insan bilir ki, hal-hazırda Azərbaycan məhkəmələrinin qarşısında boynubükük şəkildə ifadə verən şəxslər, uzun illər Azərbaycana qarşı terrorçuluqla məşğul olublar. Onlar 30 ilə yaxın qanunsuz olaraq Azərbaycan mədəniyyətinə, tarixi abidələrinə, hətta vətəndaşlarına qarşı humanist dəyərlərə zidd davranışlar sərgilədikləri üçün mühakimə olunurlar. Bu şəxslər avropanın özünün də dildə dediyi insan haqları, demokratiya, dövlətlərin ərazi bütövlüyü və.s prinsiplərinə zidd əməl törətdikləri üçün bu gün qanun qarşısında mühakimə olunurlar. Belə qətnamələrlə Avropa Parlamenti özünün qərəzli mövqeyini, Azərbaycanın qələbəsini gözü götürmədiyini, işğalçıların yanında olduqlarını bir daha göstərirlər. Bu gün Avropda baş verən hadisələr, ABŞ və Avropa İttifaqı arasındakı çatlar onların öz qazdıqları quyuya düşdüklərini göstərir. Buna görə də bir daha Avropa Parlamentinin təxrivat xarakterli, qərəzli bəyənnatlar qəbul etməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, yalnız Avropa Parlamentində dövlətçilik dəyərlərinin heçə sayıldığını, ayaqlar altında tapdanıldığını sübut edir"

Избранный
3
sonxeber.az

1Источники